100 ölkədən 8 500 nümayəndə iştirak edəcək

100 ölkədən 8 500 nümayəndə iştirak edəcək

Cari ilin may ayının 22-dən 24-dək VI Astana İqtisadi Forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya verilən məlumata görə, forumda 100 ölkədən 8 min 500 nümayəndənin iştirakı gözlənilir.

Tədbirdə monetar siyasət, ərzaq təhlükəsizliyi, turizmin inkişafı, alternativ enerji, investisiya bankçılığı, innovasiyalar, sərmayələrin cəlb olunması və digər məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə