Bu gün İsveçrənin Davos qəsəbəsində 43-cü ənənəvi illik Dünya İqtisadi Forumu başlayır. SİA-nın xəbərinə görə, forum "Dayanıqlı dinamizm" mövzusuna həsr olunacaq.
Forumda 100-dən çox ölkədən 2500-dən çox nümayəndə, o cümlədən 50 ölkənin dövlət və hökumət başçıları, biznes, vətəndaş cəmiyyəti və elmi dairələrin 1500-dən artıq təmsilçisi iştirak edəcək.
Toplantıya Azərbaycan prezidenti İlham Əliyev də qatılacaq.
Plenar sessiyalarda maliyyə böhranının aradan qaldırılması, qlobal, regional və sahəvi dəyişikliklərin təşviq edilməsi, qlobal enerji və maliyyə məsələləri, eləcə də Çin, Rusiya, Latın Amerikası və Şərqi Asiyada iqtisadi inkişaf müzakirə olunacaq.
Forum yanvarın 27-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB