"Füzuli" Elektrik Şəbəkə (EŞ) Müəssisəsi üzrə 23 transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, "Hospital", "Nasos", "Alxanlı", "Haramı", "Mahmudlu", "Qazaxlar" və digər hava xətlərində aparılan təmir işləri zamanı ümumilikdə 3,1 kilometrə yaxın naqil istifadə olunub. Bu müddətdə balansa aid olan Böyük Bəhmənli, Əhmədbəyli, Babı, Kərimbəyli və digər kəndlərin 0,4 kilovoltluq hava xəttində də əhəmiyyətli işlər görülüb.Müəssisədə elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması üçün reydlər aparılır və tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB