"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb". SİA-nın məlumatına görə, bunu RİTN-in Aparat rəhbəri Vidadi Zeynalov deyib.
Onun sözlərinə görə, bu il üçün layihə üzrə 103 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Layihə 3 il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 mbit/s arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB