Azərbaycanda rəqəmsal yayıma keçidlə əlaqədar olaraq Şimal bölgəsində yeni rəqəmsal avadanlıqlar quraşdırılıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, ölkənin şimal bölgəsini rəqəmli televiziya ilə təmin etmək üçün Xaçmazın Yergüc kəndində 77 metr hündürlüyündə radio və televiziya qülləsində rəqəmsal cihazlar quraşdırılıb. Bu cihazlar vasitəsilə Qubanın 40-dan çox dağlıq kəndi artıq peyk antennalarından istifadə etməyərək Azərbaycanda yayımlanan tv-lərə çox rahatlıqla baxa biləcəklər.
Respublikanın şimal bölgəsini rəqəmli televiziya ilə təmin etmək üçün Şabran, Quba, Qusar və Xaçmaz rayonlarına 77 metr hündürlüyündə, Yergüc kəndində radio və televiziya qülləsində televiziyalar üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bölgədə rəqəmli yayımı artıq reallaşıb. Şimal rayonlarından Şabran-Quba-Qusar-Xaçmaz-Yalama, Nabran və ən əsası Qubanın dağlıq ərazilərindəki 40-dan çox kənd rəqəmsal yayıma baxa biləcəklər.
Kənd sakinləri bildiriblər ki, əvvəllər çox çətinliklə tv-lərə baxırdılar. Çarəsizlikdən dağlıq zonada yaşayanlar peyk antennalara üstünlük verirdilər. İndi isə bunlara ehtiyac yoxdur.
Xaçmaz rayon Yergüc Radio Televiziya Yayım sahəsinin mühəndisi Bəbir Mürsəliyev bildirir ki, hansı televiziyalarda rəqəmli birbaşa qəbul edirsə rəqəmli tezliyi birbaşa paket şəklində qəbul edəcək. Köhnə televizorlarda isə dekoderlərə ehtiyac olacağını bildirir.
Gələn ilin sonunadək bütün respublika ərazisi rəqəmli televiziyanın əhatə dairəsinə qatılacaq. Hazırda rəqəmli televiziya yayımı Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan və Leriki əhatə edir. Yeniliyin tətbiqi ilə vətəndaşların avtomobillərində də televiziya kanallarına baxması mümkün olacaq.
Azərbaycanın Şimal bölgəsində 10 televiziya artıq rəqəmsal yayıma keçib. Bunlardan 9 televiziya Paytaxtdan yayımlanan televiziyalardır, 1-i isə Türkiyənin dövlət televiziyasıdır.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.
Şimalda Rəqəmsal Yayımlanan Televiziyalar: (10 televiziya)
1. AzTv. Azərbaycan Dövlət Televiziyası
2. Mədəniyyət Televiziyası
3. İdman Azərbaycan Televiziyası
4. İctimai Televiziya
5. ANS Televiziyası
6. LİDER televiziyası
7. Space Televiziyası
8. ATV. Azad Azərbaycan Televiziyası
9. Xəzər Televiziyası
10.TRT1. Türkiyə Dövlət Televiziyası
Artıq bunlar Şimalda yayımdadır.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB