Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) transmissiya şəbəkəsinin tam rəqəmləşdirilməsi başa çatıb. Qurumdan SİA-ya verilən məlumata görə, şəbəkənin İP-ünvana (İnternet Protocol Address) alternativ olaraq keçirilməsi təmin olunub. Hazırda BTRİB-in nəzdində fəaliyyət göstərən "Bakinternet" internet provayder platforması qlobal internet şəbəkəsinə böyük həcmli kanalla qoşulub. "Bakinternet" internet provayder platforması isə dünyanın ən qabaqcıl istehsalçılarının informasiya texnologiyaları əsasında rekonstruksiya olunaraq yenidən istismara verilib. Tədbirlər "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"na (Elektron Azərbaycan) uyğun olaraq həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB