2014-2015-ci illərdə statistik təsnifatlara yenidən baxılacaq
2014-2015-ci illərdə BMT-nin Statistika Komissiyasının tövsiyələrini nəzərə almaqla, statistik təsnifatlara yenidən baxılması nəzərdə tutulur. SİA-nın məlumatına görə, məqsəd ötən illər ərzində toplanmış təcrübə və beynəlxalq tövsiyələr nəzərə alınmaqla milli statistik təsnifatların yenilənməsindən ibarətdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, BMT-nin Statistika Komissiyasının tövsiyələri nəzərə alınmaqla, təhsilin, iqtisadi fəaliyyət növlərinin, məhsul növlərinin və sənaye məhsullarının təsnifatları yenidən işlənəcək ki, bu da mövcud statistik informasiya resurslarının yenidən kodlaşdırılmasına imkan yaradacaq. Bütün bunlar son nəticədə beynəlxalq və milli səviyyədə statistik informasiyaların müqayisəliliyinin təmin olunması, statistik məlumatların işlənməsinin keyfiyyətinin artırılması, informasiya sistem və resurslarının qarşılıqlı əlaqələrinin təmin edilməsi ilə nəticələnəcək.
Qeyd olunub ki, statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin tətbiqi Dövlət Proqramının əsas istiqamətlərindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB