2012-ci ilin 11 ayı ərzində Azərbaycana təxminən 1 milyard ABŞ dolları dəyərində 92 min 828 ədəd avtomobil idxal olunub. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda deyilir.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri 996 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 82 min 204 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri 8 min 631 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri 997 ədəd idxal olunub.
Qeyd edək ki, Azərbaycanın tarixində ən çox avtomobil idxalı 2008-ci ildə qeydə alınmışdı. Həmin il ölkəmizə 89044 ədəd avtomobil idxal olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB