“Şahdəniz” yatağı ilə bağlı danışıqlar aparılır

“Şahdəniz” yatağı ilə bağlı danışıqlar aparılır

"Biz beynəlxalq təşkilatıq və Azərbaycanda 20 ildir, fəaliyyət göstəririk, müxtəlif layihələrdə iştirak edirik". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında "Statoil-Azərbaycan" şirkətinin prezidenti Lars Troen Sorensen bildirib.

Şirkət prezidenti bildirdi ki, hazırda "Şahdəniz" yatağının ikinci fazası ilə bağlı danışıqlar aparılır: "Qeyd edim ki, hər il 2 milyon barel neft istehsal edirik. Eyni zamanda, Azərbaycandakı mövqelərimizi gücləndirmək və yeni layihələrdə iştirak etmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə