Dekabrın 19-da Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Komissiyasının 4-cü iclası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, iclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfdən isə bu ölkənin İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansooridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB