Bakı şəhərinin rayonlarına verilən içməli suyun həcminin dəqiqləşdirilməsi məqsədi ilə magistral su kəmərləri üzərində sayğacların quraşdırılması işləri həyata keçirilir.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, paytaxtın Xətai və Nizami rayonlarında aparılacaq quraşdırma işləri ilə əlaqədar bu gün həmin rayonların bir hissəsinə - Babək prospekti, NZS və Keşlə qəsəbələrinə içməli su gün ərzində fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB