Söhbət girovun kreditorun sərəncamına məhkəməsiz keçməsini nəzərdə tutan qanundan gedir
Azərbaycanda girov kreditorun sərəncamına məhkəməsiz keçəcək. Beynəlxalq təşkilatlarla hökumətin birgə hazırladığı yeni qanun layihəsinə əsasən kredit vaxtında qaytarılmadığı təqdirdə, girovun kreditorun yəni, kredit verənin mülkiyyətinə məhkəməsiz keçməsi nəzərdə tutulur. Yeni qaydalar tətbiq olunacağı təqdirdə isə bu heç də hamı tərəfindən birmənalı qarşılanmaya bilər.
Qeyd edək ki, hazırki qanunverciliyə əsasən vətəndaş krediti vaxtında ödəmirsə, ona 60 gün müddətinə bank tərəfindən xəbərdarlıq edilir. Sonradan ödəmə qabiliyyəti olmadıqda, həmin iş məhkəməyə verilir və məhkəmə qətnaməsi alındıqdan sonra kredit borcunun ödənilməsi üçün girova həbs qoyulur və icrası təmin edilir. Bank işçisi Ramin Fətullayev bildirir ki, yeni qanun layihəsi kreditlərin vaxtında ödənilməsini, eyni zamanda banklar üçün əlavə vaxt və xərc itkisinin qarşısını almağa da kömək edəcək.
Ekspertlər isə hesab edir ki, təminatlı əqdlər sistemində proseduranın sadələşdirilməsinə ehtiyac var. Ancaq daşınmaz əmlakın, məsələn evlərin bu prosesə cəlb edilməsi yolverilməzdir. Mütəxəssislərin fikrincə, yeni qanun layihəsi qəbul olunarsa, o zaman Mülki Məcəllədə və müflisləşdirmə qanunvericiliyində də müvafiq dəyişikliklərin aparılmasına ehtiyac olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB