Plastik kartlarınız işləməyəcək

Dekabrın 6-da "AzeriCard"da texniki yeniləşmə işləri aparılacaq

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi sistemində texniki yeniləşmə işlərinə başlayır. Mərkəzdən verilən məlumata görə, bununla əlaqədar dekabrın 6-da prosesinq mərkəzinin fəaliyyəti saat 01:00-dan 03:00-a qədər tam dayandırılacaq.

Bu işlər planlı şəkildə və ildə bir neçə dəfə həyata keçirilir. Texniki səbəblərdən bankomat, POS-terminallar, kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə