Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi artıb

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi artıb

Yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 0,4 faiz artaraq 10,3 milyon təşkil edib. SİA Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaya istinadən xəbər verir ki , yüklərin 61,2 faizini neft yükləri, 38,8 faizini isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.

10 ayda dəniz limanlarında 9,9 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib və 0,3 faiz artım olub. İşlənmiş yüklərin 86,5 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 2,1 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə