Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu yenidən qurulur. Noyabrın 23-də muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun uzunluğu 59,2 kilometrdir. Yenidənqurma işlərinə kifayət qədər texnika cəlb edilib. Hazırda yol yatağı genişləndirilərək möhkəmləndirilir, su ötürücüləri və körpülər tikilir. İnşaat işləri çərçivəsində yolun Naxçıvan-Şahbuz hissəsinin eni 23, Şahbuz-Batabat hissəsinin eni isə 12 metrə çatdırılacaq, 9 körpü tikiləcəkdir. Yenidənqurma işlərindən sonra yolda avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.
Ali Məclisin sədri yenidənqurma işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.
Şahbuz rayonunda həyata keçirilən quruculuq işləri çərçivəsində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon bazası üçün yeni bina inşa ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə baxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB