Abonentlərin sayı 1 milyonu keçib

ARDNŞ-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qaza olan tələbatının ödənilməsi, abonentlərin qaz təchizatının yaxşılaşdırılması istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlər nəticəsində noyabr ayına ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1444156-a (o cümlədən 1426415 əhali, 17741 qeyri-əhaliabonenti) çatdırılıb.

SİA-nın məlumatına görə, bu abonentlərin 650875-i Bakı şəhəri (641413 əhali, 9462 qeyri-əhali abonenti), 793281-i isə regionların payına düşür. Ümumilikdə 1443188 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1425447-i əhali (99,9 faiz), 17741-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 640857 əhali abonenti (99,9 faiz), 9462 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 784590 əhali abonenti (99,9 faiz) və 8279 qeyri-əhali abonenti (100 faiz). Ümumilikdə Bakı şəhəri üzrə 650319 abonent (99,9 faiz), regionlar üzrə isə 792869 abonent (99,9 faiz) sayğaclaşdırılmışdır.

Qeyd edək ki, bu günə kimi əhali abonentlərinin mənzillərində 502 minə yaxın "smart-kart" tipli qaz sayğacları quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə