Gələn ilin inflyasiya həcmi açıqlandı

Gələn ilin inflyasiya həcmi açıqlandı

"Gələn il qeyri-neft sektorunda 11,7 faiz, növbəti 3 ildə 7 faiz artım gözlənilir. Nəticədə büdcədə qeyri-neft sektorunun çəkisi 47,6 faizdən 70 faizə qədər artacaq, neft sektoru 52 faizdən 29 faizə qədər enəcək. Gələn il 5,7 faiz inflyasiya gözlənilir. Cari ildə 170 müəssisə yaradılıb, 470 müəssisənin yaradılması prosesi gedir. Gəmiqayırma müəssisənin istifadəyə verilməsi ilə nəqliyyat sahəsində 30,9 faiz artım gözlənilir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

O bildirib ki, iri özəl taxılçılıq təsərrüfatlarının, heyvandarlıq, quşçuluq komplekslərinin yaradılması əsas məqsədlər sırasındadır. İri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Ağcabədi və Beyləqan rayonlarında ərazilər ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə