“Instagram”ın veb versiyası yaradılacaq

“Instagram”ın veb versiyası yaradılacaq

Mobil qurğular üçün "Instagram" foto tətbiqinin web versiyası yaradılacaq. SİA-nın məlumatına görə, bu barədə tətbiqin bloqunda yazılıb. Yeni sistem yaxın bir neçə gün ərzində istifadəyə veriləcək.

"Instagram" istifadəçilərinin profilləri "instagram.com" saytına daşınacaq. Bundan başqa, artıq web versiyada istifadəçiləri öz lentinə əlavə etmək, fotoları şərh etmək və onları bəyənmək mümkün olacaq. Saytda müvafiq hesabı tapmaq üçün "URL" ünvanda "instagram.com/istifadəçi adı"nı yığmaq lazımdır.

2010-cu ilin payızında təqdim edilən "Instagram" foto tətbiqi əvvəlcə yalnız "iPhone", "iPad" və "iPod touch" qurğuları üçün əlçatan idi. 2012-ci ilin aprelində tərtibatçılar tətbiqin "Android" platforması üçün də versiyasını istifadəyə veriblər.

"Instagram" foto tətbiqi üzərində hüquqa malik "Facebook" şirkətinin məlumatına əsasən, onun istifadəçilərinin sayı 100 milyona çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə