Belə getsə "Panasonic" şirkəti...

Keçən il 10 milyard dollar zərər edən "Panasonic" şirkətini bu il də eyni aqibət gözləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son 5 ildə şirkət 25 milyard dollar zərər edib. Belə ki, zərərin bu qədər böyük olmasının səbəbi şirkətin ödəyəcəyi yüksək miqdarda vergi olub. Şirkətin bu il verəcəyi vergi 5 milyard dollardır.

Qeyd edək ki, təkcə "Panasonic" şirkəti deyil, "Sony" və "Sharp" şirkətlərini də eyni aqibət gözləyir.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə