2030-cu ilədək Bakıda metrostansiyaların sayının 73-ə çatdırılması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov YAP-ın rəsmi saytına açıqlamasında deyib.
Əhmədovun sözlərinə görə, son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına yeni metropoliten xətləri inkişaf etdirilib, "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül" stansiyaları və "28 May" stansiyasının ikinci çıxışı istismara verilib. "İçərişəhər" və "Koroğlu" stansiyaları tamamilə yenidən qurulub. Metronun "Avtovağzal", "Memar Əcəmi-2″, "Həzi Aslanov-2″, "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarında işlər davam etdirilir. Əhmədov bildirib ki, 2013-cü ildə iki stansiya istismara veriləcək.
"Bundan sonra hər il yeni stansiyaların tikintisinə də nail olacağıq. Dövlət büdcəsində bunun üçün kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq var. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir", – Əhmədov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB