Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. ETSN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 60-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Oktyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 120 m3/s, ongünlük normanın 73 faizi qədərdir. 2011-ci ildə isə bu rəqəm ongünlük normanın 105 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 46 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2011-ci ildə bu göstərici ongünlük normanın 71 faizinə bərabər olub.
Oktyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 7 sm , Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 22 sm azalma, Bankədə 12 sm, Salyanda isə 6 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309 sm, Şirvanda 169 sm, Salyanda 149 sm, Bankədə 199 sm, Araz çayının Novruzlu məntəqəsində isə 90 sm təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB