Fondun vəsaitlərinin 5%-ə qədərinin Türkiyə lirəsi və Rusiya rublunda ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub
"2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)"na (investisiya siyasəti) əsasən, ARDNF-in vəsaitlərinin 5%-ə qədərinin Türkiyə lirəsi və Rusiya rublunda ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.
Fonun İctimaiyyətlə əlaqələlər şöbəsindən verilən məlumata görə, investisiya siyasətinə əsasən, bu il ərzində artıq Türkiyə lirəsində ifadə olunan aktivlərə ilkin investisiyalar həyata keçirilib və Rusiya rubluna investisiyaların həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər tamamlanıb.
ARDNF Rusiyanın ən böyük banklarından biri olan "Qazprombank"a 3 milyard rubl (təxminən 100 milyon ABŞ dolları) dəyərində qısamüddətli depozit yerləşdirərək bu valyutada ilkin investisiyalarına başlayıb.
"İnvestisiya Neft Fondunun Rusiya rublunda ifadə olunan aktivlərə nəzərdə tutduğu uzunmüddətli investisiya strategiyasının ilkin mərhələsidir və gələcəkdə bu valyutada ifadə olunan digər maliyyə alətlərinə də müvafiq investisiyaların həyata keçirilməsi nəzərdə tutulur", - deyə ARDNF-in Vəsaitlərin idarə edilməsi Müdiriyyətinin müdiri İsrafil Məmmədov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB