Nazirlər Kabineti yeni dəyişikliklər edib

Nazirlər Kabineti yeni dəyişikliklər edib

Azərbaycan Nazirlər Kabineti "Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası"nda dəyişiklik edib. Nazirlikdən SİA-ya verilən məlumta görə, dəyişiklik "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə prezidentinin fərmanına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müdafiə, Ədliyyə nazirlikləri və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış təkliflər nəzərə alınaraq qəbul edilib.

Qərara əsasən, "Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası"nın 2.1.5-ci yarımbəndinə "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi," sözlərindən sonra "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti," sözləri əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə