2 milyon 100 min nəfər sığortalanıb

2 milyon 100 min nəfər sığortalanıb

"Əgər 2003-cü ildə Azərbaycanda siğorta- pensiya sistemində əvəzetmə əmsalı 20-25 faizlə ifadə olunurdusa, bu gün sözügedən göstərici artıq 40 % təşkil edir. 2003-cü ilin əvvəlində Azərbaycanda orta aylıq pensiyanın məbləği 20 manat idi. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151,3, o cümlədən yaşa görə isə 167 manat təşkil edir". SİA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun bugünkü 20 illik yubiley tədbirində çıxışı zamanı deyib.

DSMF sədri deyib ki, Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 %-ə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45 %-ə çatıb. Bununla da son illər ərzində sığorta- pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilən mühüm göstəricilərə nail olunub".

"Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən bu günə qədər DSMF-nin xərcləri 4,4 dəfə artaraq 2, 5 milyard manata çatıb. Fondun gəlirləri isə 4,1 dəfə artıb, sosial siğorta ödəyicisi olan siğortaolunanların sayı 1 milyon 300 min nəfərdən 2 milyon 100 min nəfəri keçib", -deyə sədr əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə