Ağsu-Çaparlı-Göylər yolunun tikintisi sürətlə davam edir

Ağsu-Çaparlı-Göylər yolunun tikintisi sürətlə davam edir

Bəzi kütləvi informasiya vasitələrində Ağsu rayonunun Ləngəbiz kəndinə gedən yolun bərbad vəziyyətdə olması ilə bağlı guya kənd sakinlərinin aksiyaya hazırlaşdığı barədə yalan məlumatlar yayılıb.

Məsələ ilə bağlı SİA-nın əməkdaşı Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri S.Mirzəliyeva bildirib ki, Dövlət Proqramına uyğun olaraq 2012-ci ilin əvvəlində Ağsu-Çaparlı-Göylər yolunun yenidən qurulması üçün vəsait ayrilıb. Layihədə Ağsu-Çaparlı-Göylər yolunun 29,5 km hissəsinin yenidən qurulması nəzərdə tutulub. Yolun Ləngəbiz kəndinə qədər olan məsafəsi 20,5 km-dir. Həmin yol 12535 nəfər əhalisi olan 11 kənd yaşayış məntəqəsini əhatə edir. Bu günədək yolun çəkilşi ilə bağlı xeyli işlər görülüb. Belə ki, hal-hazırda yolda 3 ədəd körpünün, 25 ədəd su ötürücü qurğuların və yolun hərəkət zolağının genişləndirilmisi və bərpası işləri aparılır. Qeyd olunan körpülərin və digər qurğuların tikintisi başa çatdıqdan sonra 29,5 km məsafədə yola asfalt örtüyü döşənəcəkdir. Bu da öz növbəsində digər kənd sakinləri kimi Ləngəbiz kəndinin sakinləri tərəfindən də alqış və rəğbətlə qarşılanır.

Bir daha bildiririk ki, yazılanlar rayonda aparılan tikinti, yenidənqurma və abadlıq işlərinə kölgə salmaqdan savayı bir şey deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə