Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Macarıstanın aparıcı turizm şirkətləri, agentlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 15 nəfərlik qrupun ölkəmizə infoturu təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qrupun tərkibində "Quaestor", "Cartour", "İbusz", "Neckermann", "Tensi", "Napi gazdasag", "GoUtazas Magazine", "Vista" turizm şirkətlərinin, "Türk Hava Yolları" şirkətinin və "Nepszabadsag", "RTL Klub", "Turizmus Trend Magazin", "İnfo Radio", "1000 Ut" kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olunublar. Səfər çərçivəsində qonaqlar Quba rayonunda keçirilən "Alma" festivalında iştirak edib və Xınalıq kəndinə səfər ediblər.
İnfotur zamanı xarici şirkətlərin nümayəndələri ilə Azərbaycanın daxili turizmin inkişafı ilə məşğul olan turizm şirkətlərinin əməkdaşları arasında qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB