İran bayrağı altında üzən "Parmis" adlı yük gəmisi Azərbaycanın ərazi sularında neft estakadası ilə toqquşub. Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) verilən məlumata görə, hadisə oktyabrın 5-i saat 23:40-da baş verib.
Bakıdan Rusiyanın Həştərxan limanına hərəkət edən gəmi dənizdə istifadədə olmayan neft estakadası ilə toqquşub. Gəmi Bakı limanına gətirilib, təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB