Qanun dəyişəcək!

Azərbaycanda "Turizm haqqında" qanun layihəsi yenidən hazırlanır. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlama verib.

Qanun layihəsinin hazırlanmasında Ümumdünya Turizm Təşkilatı və BMT-nin köməyindən istifadə olunub. Bu təşkilatların tövsiyyələri nəzərə alınmaqla layihə yenidən işlənib və baxılmaq üçün onlara təqdim olunub. Ə. Qarayev bildirib ki, bu, dünyada turizm sahəsində ən müasir qanundur. Qanun layihəsi 2013-cü ildə müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə