“Şahdağ qış-yay turizm kompleksi” nə vaxt istifadəyə veriləcək?
5 min işçi, 10 min turist

"Şahdağ qış-yay turizm kompleksi" dekabrın 15-20-də ilk turistlərini qəbul edəcək". SİA-nın məlumatına görə, bunu bu gün keçirilən "2012 -Ümumdünya Turizm günü"nə həsr olunan konfransda Mədəniyyət və Turizm Nazirliyinin investisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov çıxışında bildirib.

Şöbə müdirinin sözlərinə görə, Aərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri qış turizm növlərinin inkişaf etdirilməsi məqsədilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən 1400-2500 metr yüksəklikdə ən müasir standartlara cavab verən "Şahdağ qış-yay turizm kompleksi" inşa olunmasıdır: "Dünya standartlarına cavab verən 2 min hektar sahəsi olan kompleksdə son hazırlıq işləri gedir: "Burada 3, 4, 5 ulduzlu otellər, 15 katec olacaq. Kompleks bir günə 5 min nəfəri oteldə gecələmək şərti ilə 10 min turisti qəbul edəcək".

R.Abduləlimov onu da qeyd edib ki, oteldə 5 min işçi çalışacaq. "Oteldə dağ xizəkçiliyi, tennis, basketbol, futbol, meydançaları, ticarət obyektləri, restoranlar, yerüstü dayanacaqlar tikilir. Eyni zamanda, internetlə təmin ediləcək, kanat yolu salınacaq", - deyə, şöbə müdiri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə