"Allianz" şirkəti maliyyə göstəricilərinə əsasən adambaşına düşən təmiz aktivlərin miqdarına görə dünya ölkələrinin reytinqini tərtib edib.

Bu barədə şirkətin tərtib etdiyi Global Wealth Report hesabatında bildirilib. Siyahının lideri İsveçrədir. Burada ötən il adambaşına düşən təmiz maliyyə aktivinin miqdarı 138 min avro olub. Siyahıda ikinci yeri Yaponiya (təqribən 93 min avro) və üçüncü yeri ABŞ (90 mindən yuxarı) tutub. Onluğa, həmçinin Belçika, Niderland, Tayvan, Kanada, Sinqapur, Böyük Britaniya və İsrail daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə