Azərbaycan 10 tona yaxın qızıl aldı

Azərbaycan 10 tona yaxın qızıl aldı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 10 tona yaxın qızıl alıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNF-nun icraçı direktoru Şahmar Mövsümov deyib. O bildirib ki, hazırda qızıl İngiltərə Banklarında saxlanılır: "Biz qızılı bu ölkənin depozitlərinə yerləşdirmişik və bundan mənfəət götürürük. Dövlət Neft Fondu qızılın İngiltərədən gətirilməsi və gömrük rüsumlarından azad olunması üçün Nazirlər Kabinetinə müraciət etmişik. Bu məsələ həll olunan kimi qızılın gətirilməsinə başlanılacaq. Qızıl Mərkəzi Bankın xüsusi anbarlarında saxlanacaq".

Ş.Mövsümov qeyd edib ki, gələn ildən Azərbaycan Dövlət Neft Fondu yeni layihələr maliyyələşdirəcək: "Bu, əsasən neft-qaz sahəsində olacaq. Bu layihələrin adları 2013-cü ilin büdcə layihəsi təsdiq olunduqdan sonra açıqlanacaq. Gələn il üçün dövlət büdcəsində neftin qiyməti 80 dollar götürüləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə