Neft bahalaşmaqda davam edir

Sentyabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,69 dollar və ya 0,7% artaraq 1 barelə görə 99,00 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, sentyabrın 14-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,78 dollar və ya 0,7% artaraq 116,66 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə