İki ölkə arasında dörd saziş

Niderlandla Azərbaycan arasında işgüzar əlaqələr mütəmadi olaraq davam etdirilir. Bundan sonra da hər iki tərəfin biznes şirkətlərinin əməkdaşları əlaqələri bu və ya digər formada qarşılıqlı olaraq davam etdirəcək. SİA-nın verdiyi məlumata görə, bu fikirlər Bakıda keçirilən Azərbaycan və Niderland Biznes Forumunda səsləndirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanla Niderland arasında bir çox sahələrdə böyük inkişaf mövcuddur. Bu inkişaf eyni zamanda biznes əlaqələrinə də sirayət edib.

Daha sonra Niderlandın nümayəndə heyətinin rəhbəri Arnold Govaert Azərbaycanla Niderland biznes əlaqələrində ölkəmizin iştirakını təqdirə layiq hal kimi dəyərləndirdi. AZPROMO investisiyaların təşviqi departamentinin direktoru Vüsal Abbasov isə dedi ki, Azərbaycanda 2006-cı ildən bəri iqtisadiyyat sürətlə inkişaf edir. ÜDM 70 faizi məhz Azərbaycanın payına düşür. Son 10 il ərzində yoxsulluğun səviyyəsi 7 faizə qədər azalıb. Daha sonra hər iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsinə dair 4 bəyanat imzalanıb. Sənədi iqtisadi inkiaşf naziri Şahin Mustafayev və Niderland Krallığının baş nazirinin müavini, İqtisadi məsələlər, Kənd təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen imzalayıblar.

Tədbirdə çıxış edən İqtisadi inkiaş naziri Şahin Mustafayev Azərbaycanını təbii resusları, coğrafiyası baxımından Aİ ölkələri üçün proritet ölkə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda ixracın 50 faizindən çoxu Aİ ölkələrinin payına düşür. Son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq davam edir, yüksək səviyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Niderland Krallığının baş nazirinin müavini, İqtisadi məsələlər, Kənd təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen isə hər iki ölkə arasında əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Bildirlib ki, Niderlandda mövcud olan energetika, logistika eyni zamanda Kənd təsərrüfatında olan ekspertiz və təcrübə birdaha imkan yaradır ki, Azərbaycana bir sıra əməkdaşlıq və tərəfdaşlıq imkanları təklif olunsun.

Sonra tədbir iş adamları arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə