"Azərbaycanda indiyə qədər qoyulan ivestisiyaların həcmi 130 milyard dollar təşkil edir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Niderland Biznes Forumunda iştirakı zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2000-ci ildən etibarən ümumdaxili məhsul 3 dəfə artıb. Nefq-qaz sektoru inkişaf etməklə yanaşı, qeyri-neft sektoruna da böyük önəm verilib. O bildirib ki, Azərbaycanda 70-dən çox Niderland şirkəti fəaliyyət göstərir. Hər iki hökumətin fəaliyyəti sahəsində müəyyən addımlar atılıb. Bununla belə sərmayələrin artırılması iki dövlətin iş adamlarının daima marağında olub.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqında əsas yerlərdən birini tutub. Azərbaycan sözügedən İttifaqın əsas tərəfdaşlarından biridir. Niderland və Azərbaycan əlaqələri uğurlu şəkildə inkişaf edir. Qarşılıqlı səfərlər, iş əlqələri, daimi keçirilən konfranslar buna nümunədir.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB