Amerika şirkəti payını satdı

ABŞ-ın Hess şirkəti Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarındakı 2,72 faizlik və Bakı-Tiflis-Ceyhan kəmərindəki 2,36 faizlik paylarını Hindistanın ONGC şirkətinə satıb. Şirkətin internet saytına istinadən verilən məlumata görə, sövdələşmənin həcmi 1 milyard dollar dəyərləndirilir. Şirkət satışı 2013-cü ilin birinci rübündə başa çatdırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə