İşbazların hədəfi: unun bahalaşması ARAŞDIRMA

İşbazların hədəfi: unun bahalaşması ARAŞDIRMA

Son günlər unun və çörəyin qiymətində bahalaşma müşahidə olunub. Qeyd edək ki, paytaxtda bir kisə un əvvəllər 17-18 manata idisə, indi bunu 20 manatdan aşağı almaq mümkün deyil. Bəs unun və çörəyin bahalaşmasının səbəbi nədir?

Sadə vətəndaş bahalaşmanı buğdanın əhalinin təlabatını ödəyə bilməməsi ilə əlaqələndirir. Lakin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Həsənov 2012-ci il də 995 888 hektar ərazidə payızlıq və yazlıq dənli və paxlalı bitkilərin biçinin artıq yekunlaşmaq üzrə olduğunu bildirib: "Avqust ayının əvvəlinə olan məlumata görə, qarğıdalı istisna olmaqla 1,830 milyon tondan artıq taxıl istehsal olunub. Bu göstərici isə keçən illə müqaisədə 200 min tondan artıq taxıl istehsal olunduğunu göstərir".

Onun sözlərinə görə, əhalinin una olan ehtiyacı 85%-ni ölkənin daxili istehsalı hesabına, 15%-ni isə xaricdən idxal olunan bağda hesabına ödənilib. Qiymət artımına məhsul çatışmazlığının səbəb olmadığını qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev unun qiymətində bahalaşma olduğunu təsdiqləyib. O, bildirib ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları üzrə Dövlət Xidməti bazarda malların və xidmətlərin keyfiyyətinə nəzarət edərək süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davamlı olaraq həyata keçirir. Lakin son zamanlar aparılan monitorinqlər zamanı unun topdansatış və pərakəndə satış obyektlərində qiymət artımı müşahidə olunub. Bununla belə aparılan monitorinqlər zamanı çörəyin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb. Qiymət artımının səbəbləri araşdırılıb. Dünyada ərzaq buğdasının qiymətində artım olduğuna görə unun qiymətində də bahalaşma baş verib.

Sonda isə gəldiyimiz nəticə bu oldu ki, unun və çörəyin bahalaşmasını bəzi topdansatış və pərakəndə satış obyektlərinin sahibləri, necə deyərlər" işbazlar həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə