Almaniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Almaniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan iqtisadi artımına görə, son illər uğurlu nəticələr əldə edib və burada sahibkarlıq fəaliyyəti genişlənməkdədir. Buna görə də Almaniyanın Reyland-Pfalz Federal Əyaləti Azərbaycan müəssisələri ilə əməkdaşlıqda maraqlıdır. SİA-nın xəbərinə görə, bunu 14-cü Azərbaycan-Almaniya biznes Forumunda Almaniyanın Reyland-Pfalz Federal Əyalətinin İqtisadiyyat, Ətraf MühitEnerji xə Xəritəçəkmə Nazirliyinin nümayəndəsi Julia Golombun deyib.

Bu cür görüşlərin əhəmiyyətindən danışan J.Golombun vurğulayıb ki, biznes-forumların keçirilməsi ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verir. O qeyd edib ki, Azərbaycan-Almaniya ticarət nümayəndələrinin belə bir görüşü cari ilin noyabrında yenidən Bakıda keçirlməsi də planlaşdırılır.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Volfqaanq Mösinger, Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının nümayəndəsi Harald Auqter, Alman-Azərbaycan İqtisadi Birliyinin idarə heyyətinin üzvü Əlyar Haşımlı Almaniyanın Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd etilər və onlar ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.

Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perespektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə