Avropa Komissiyası Azərbaycana maliyyə vəsaiti ayırıb

Avropa Komissiyası Azərbaycana maliyyə vəsaiti ayırıb

Avropa Komissiyası ədliyyə və miqrasiya sahəsində islahatlara dəstək məqsədilə Azərbaycana yeni maliyyə ayırıb. SİA-nın verdiyi məlumata görə, 2012-ci il üzrə İllik Proqram çərçivəsində Azərbaycana 19,5 milyon avro veriləcək.

Bu maliyyə AB-Azərbaycan Fəaliyyət Planı kontekstində razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə, o cümlədən viza alınması prosesinin optimallaşdırılması məsələlərinə yönəlib. Qeyd edək ki, AB və Azərbaycan viza rejiminin sadələşdirilməsi və readmissiya məsələləri ilə bağlı danışıqlar aparır. Danışıqların növbəsi raundunun payızda keçirilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə