Almaniyanın mütəxəssisləri Bakıdadır

Almaniyanın mütəxəssisləri Bakıdadır

Dövlət Sosial Müdafiə Fondu "İşləyənlərin sosial sığortalanmaya cəlb olunması" mövzusunda yeni seminara start verib. SİA-nın verdiyi məlumata görə, seminar Dövlət Sosial Müdafiə Fondu və Almaniya Pensiya Sığortası Təşkilatının birgə təşəbbüsü ilə keçirilir. Seminarda işləyənlərin və fərdi sahibkarların sosial sığortaya cəlb olunması, sosial sığorta dərəcələri, sığorta olunanların kamera yoxlama prosedurları kimi məsələlər müzakirə ediləcək. Müzakirələr zamanı Almaniya Pensiya Sığortası Təşkilatının nümayəndəsi mövzu ilə bağlı xüsusi təqdimatla çıxış edəcək, ölkəsinin bu istiqamətdə təcrübəsini nəzərə çatdıracaq.

Bundan başqa Almaniya Pensiya Sığortası Təşkilatının nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda bir sıra ikitərəfli görüşlər də keçirəcək. Nümayəndə heyətinin ölkəmizə 3 günlük səfəri avqustun 23-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə