Bu yaxınlarda Sumqayıt şəhərində Kənd Təsərrüfatı Nazirliyinin məlumatı olmadan yarmarka keçirilib. Bu barədə SİA-ya eksklüziv açıqlama verən nazirliyin mətbuat xidmətinin xəbəri Murtuzəli Hacıyev qeyd edib ki, aparılan araşdırmada orada mal əti ilə yanaşı at ətinin də satıldığı məlum olub. Nazirlik rəsmisinin sözlərinə görə, istənilən yerdə insanlar yarmarka təşkil edə bilər. Lakin əvvəlcədən satışa çıxarılan məhsullar baytarlığın və fitosanitariyanın yoxlanışından keçməlidir: "Ötən gün Sumqayıt şəhərində təşkil olunan yarmarkada satılan ətlərin heç biri sanitar yoxlanışdan keçməyib. Nazirliyin hər bir şəhərdə və ərazidə istər yerli, istərsə də səyyar laborotoriyaları fəaliyyət göstərir. Lakin, buna baxmayaraq məhsullar laborotor müayinəyə verilməyib".
Nazirliyin mətbuat xidmətinin rəhbəri həmçinin əhalini də bu sahədə diqqətdi olmağa çağırıb. Ümumiyyətlə, təşkil olunan bütün yarmarkalardan alış-veriş edərkən məhsulun rəsmi icazəsini təsdiq edən sənədlə maraqlanmaq lazımdır. Satıcılar belə bir sənəd təqdim edə bilmirsə, alıcılar dərhal baytarlıq xidmətinə müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB