\"Apple\"-ın mənfəəti rüb ərzində 20,5% artıb

\"Apple\"-ın mənfəəti rüb ərzində 20,5% artıb

ABŞ-ın Apple şirkətinin cari maliyyə ilinin üçüncü rübündə xalis mənfəəti bir il əvvəlki analoji dövrün 7,3 milyard dollarlıq göstəricisi ilə müqayisədə 20,5% artaraq 8,8 milyard dollar təşkil edib. SİA-nın \"RİA Novosti\"yə istinadən verdiyi məlumata görə, hesabat dövrü ərzində mənfəət bir adi səhmə hesablandıqda ötən ilin analoji dövründəki 7,79 dollara nisbətdə 9,32 dollaradək artıb.


Rüb ərzində Apple-ın mədaxili 35 milyard dollar təşkil edərək ötən ilki dövrün göstəricisini 22 faiz üstələyib. Göstəricilər bazar ekspertlərinin gözləntilərini doğrultmayıb, lakin şirkətin öz proqnozlarından yüksək olub.


Rüblük məlumatlar dərc edildikdən sonra Apple şirkətinin səhmlərinin qiyməti bir qiymətli kağız üçün 5 faiz ucuzlaşaraq 570 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə