“AzəriLayt” markalı neftin bir barreli 109,84 dollara satılıb

“AzəriLayt” markalı neftin bir barreli 109,84 dollara satılıb

Dünya birjalarında neftin qiyməti həftənin son iş günündə də artmaqda davam edib.

Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 74 sent qalxaraq 90,13 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda "Brent" markalı neftin bir barrelinin qiyməti isə 1,21 dollar bahalaşaraq 106,47 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 1,09 dollar artaraq 109,84 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə