Mədəniyyət və Turizm Nazirliyi bir neçə obyektin fəaliyyətinə dair yeni lisenziyalar verib
Mədəniyyət və Turizm Nazirliyi iyun ayı ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, \"TAMİN\" MMC-yə \"Azcot Hotel\" mehmanxanası üçün, fiziki şəxs İbrahimova Olqa Aleksandrovnaya \"Mavi Dalğa\" istirahət mərkəzi üçün, \"REDFUND\" MMC-yə \"Premier\" mehmanxanası üçün,\"LAZA\" firmasına \"Maral\" moteli üçün və digərlərinə lisenziyalar verilib. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən \"Lotos\" istirahət mərkəzi üçün verilmiş xüsusi razılıq (lisenziya) ləvğ edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB