Azərbaycanda genişzolaqlı internetin tətbiqi üçün təkliflər hazırlanıb

Azərbaycanda genişzolaqlı internetin tətbiqi üçün təkliflər hazırlanıb

Azərbaycanda genişzolaqlı internetin tətbiqi üçün təkliflər hazırlanıb. SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Onun sözlərinə görə, bu istiqamətdə nazirlik Dövlət Neft Fondu ilə birgə layihə həyata keçirir. Üç ilə nəzərdə tutulan layihə reallaşdıqdan sonra, artıq demək olar ki, Azərbaycanın bütün kəndlərində və yaşayış məntəqələrində elektron xidmətlərə çıxış təmin olunacaq.


Qeyd edək ki, layihə 2013-2015-ci illəri əhatə edəcək. Ə.Abbasov vurğulayıb ki, bunun həyata keçirilməsinə 350 milyon manatlıq investisiya tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə