Arvidas Seknokas: “Azərbaycan və Latviya neft və qaz sahəsində əməkdaşlıqda maraqlıdır”

Arvidas Seknokas: “Azərbaycan və Latviya neft və qaz sahəsində əməkdaşlıqda maraqlıdır”
Hazırda Azərbaycanla Latviya arasında əlaqələr daha uğurlu şəkildə davam edir. SİA-nın xəbərinə görə, bunu Latviyanın energetika naziri Arvidas Seknokas deyib. Xəzər regionundakı əməkdaşlığa toxunan latviyalı nazir qeyd edib ki, Azərbaycanla Latviya arasında tarixi bağlılıq mövcuddur:


"Bu bağlılıq Sovet imperiyası dövründə daha çox özünü büruzə verib. Hazırda hər iki dövlət neft sektorunda uğurla inkişaf edir və qarşılıqlı olaraq neft və qaz sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan və Latviya dövləti Avropaya inteqrasiya sahəsində eyni addımı atır və uğurla irəliləyir. Bizim Avropa Birliyi səviyyəsində əməkdaşlığımız xüsusi paya malikdir. Biz öz inkişafımızı nümunə olaraq dünyaya nümayiş etdirmək üçün hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə