Rövnəq Abdullayev: “TANAP qaz kəməri layihəsi üzrə danışıqlar davam etdirilir”

Rövnəq Abdullayev: “TANAP qaz kəməri layihəsi üzrə danışıqlar davam etdirilir”
\"Artıq gələn il Azərbaycanda XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransının 20 illiyini keçirəcəyik\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hər il bu konfransın dəyəri və orada iştirak edən ölkələrin sayı daha da artmaqdadır ki, bu da Azərbaycanın neft sektoruna olan maraqdan xəbər verir. Azərbaycan və Türkiyə Trans-Anadolu (TANAP) qaz kəməri layihəsi üzrə danışıqlara da münasibət bildirən R.Abdullayev deyib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: \"Biz çalışırıq ki, tez bir zamanda bu müqaviləni imzalayaq\".


Bununla belə o, Avropa İttifaqının qaz təchizatı haqqında Türkmənistanla apardığı danışıqlara da toxunub: "İttifaq Türkmənistanla qaz satışını öz sərhədlərində həyata keçirir. Biz də tranzit ölkə olaraq həmin danışıqlarda iştirak edəcəyik\".

Bütün xəbərlər Facebook səhifəmizdə