3151 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

3151 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib
2012-ci ilin may ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3151 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlamalar əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə aparılıb. Nəticədə 1541 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 402 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 202 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 562 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu aşkarlanıb. Operativ nəzarət tədbirləri zamanı 208 vergi ödəyicisi tərəfindən 402 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 189 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 47 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 507 ədəd mal olduğu müəyyən edilib.


Aşkar olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə