İqtisadçı-ekspert: “Əmanətlərlə bağlı istehlak bazarında ciddi inflyasiya gözlənilmir”
Ekspertin sözlərinə görə, əmanətlərin qaytarılması proseduru 1 il yarımı əhatə edəcək ki, bu da birdəfəlik ödəmələrdir: "Belə olan təqdirdə vəsaitlərin istehlak bazarına daxil olması müəyyən qədər məhdudlaşdırılacaq. Bununla belə alınan vəsaitlərin heç də hamısının istehlak bazarına daxil olması gözlənilmir. Əmanətlərin 2 milyon 400 min nəfərə veriləcəyi güman edilir. Bu da bütövlükdə o deməkdir ki, əmanətlərin qaytarılması Azərbaycanda əksər ailələri əhatə edəcək".
V.Bayramlının fikrincə, bu əmanətlərin istehlak bazarına təsiri həm də ona görə az olacaq ki, bu proses iyun ayında başlayır: "Belə ki, iyunda adətən ərzaq məhsulun eləcə də aqrar-kənd təsərrüfatı məhsulunun qiymətində azalma müşahidə olunur. Bu adətən sentyabr-oktyabr ayınadək davam edir. Bu baxımdan indiki halda bazara çıxarılan vəsait istehlak bazarında qiymətlərin artmasına gətirib çıxarmayacaq. Digər tərəfdən əmanətlərin qaytarılması zamanı əldə edilən vəsaitlə mənzil və ya avtomobil almaq olduqca çətindir. Çünki mənzil və avtomobillərin qiyməti qaytarılan əmanətlərin məbləğindən daha çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB