Nəqliyyat Nazirliyində Bakıda keçirilən beynəlxalq musiqi yarışması ilə əlaqədar müşavirə keçirilib.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, Nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərliyi ilə keçirilən müşavirədə müvafiq qurumların rəhbərləri iştirak ediblər.
Nazir müavini müsabiqə ilə əlaqədar olaraq bu günədək görülmüş işlərdən danışıb, bu günlərdə Bakıya gələn istər rəsmi qonaqların, istər turistlərin və azarkeşlərin, istərsə də akkreditasiyadan keçmiş Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin əvvəlcədən tərtib olunmuş hərəkət sxemlərinə uyğun olaraq daşınmasının təşkili ilə bağlı görülən işlərin yekunları barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.
Sonra müsabiqə ilə bağlı Tədbirlər Planına müvafiq olaraq, həyata keçirilən tədbirlərə məsul olan şəxslər hər biri ayrılıqda cavabdeh olduğu sahə üzrə məruzələr ediblər. Müşavirədə müsabiqənin 1-ci yarımfinalının keçirilməsi və həmin istiqamətdə daha çox insan axınının olması qeyd olunub, avtobus və taksi sürücülərinin təlimatlandırılması ilə bağlı məsələlər nəzərdən keçirilib. Həmçinin yarımfinala bileti olan vətəndaşların əvvəlcədən nəzərdə tutulan məntəqələrdə nəqliyyat vasitələrindən enmələri ilə bağlı maarifləndirmə işinin zəruriliyi bir daha vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB