Azərbaycan şərabları Fransa nümayiş olunub

Oser (Fransa) şəhərində "Oserin üzüm gülləri" şərab festivalı keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") SİA-ya verilən məlumata görə, tədbirdə 20 minə yaxın insan iştirak edib.

Bu məqsədlə Azərbaycanın Fransadakı səfirliyinin və "Azpromo"nun təşkilatçılığı ilə rəsmi şəxslərdən və şərabçılıq sahəsində ixtisaslaşmış iş adamlarından ibarət nümayəndə heyəti Oserdə səfərdə olub. Builki festivalda xarici ölkələrdən yalnız Azərbaycan fəxri qonaq qismində iştirak edib. Azərbaycan üçün ayrılmış sahədə Azərbaycan şərabları nümayiş olunub, həmçinin milli mətbəx və musiqi təqdim edilib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində üzüm plantasiyalarında və şərab istehsalı müəssisələrində də olub, təcrübə mübadiləsi aparıb.

Səfər zamanı Azərbaycanın Gəncə, Şəmkir, Göy-Göl və Balakən şəhərləri ilə Burqundiyanın Yon bölgəsinin Ali Şurası arasında Anlaşma Memorandumu və 2012-ci və 2013-cü illər üzrə Fəaliyyət Planına dair, eləcə də Şəmkir şəhəri ilə Oser şəhəri arasında, Göy-Göl şəhəri ilə Şabli şəhəri arasında əməkdaşlıq üzrə anlaşma memorandumları imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə